Ronaldonun Türkiyə üçün hərraca çıxarılan forması satıldı
Türkiyə millisinin üzvü Merih Demiral ölkəsində baş verən zəlzələdən zərərçəkənlərə kömək üçün hərraca çıxardığı Kriştiano Ronaldo, Paulo Dibala və Leonardo Bonucinin formalarından 5 milyon Türkiyə lirəsi (451 min 328 manat) əldə edib.
Sun.az xəbər verir ki, bu barədə 24 yaşlı müdafiəçi özü açıqlama yayıb. O, 3 formanın hərracda satışından ümumilikdə 5 milyon türk lirəsi qazanıldığını bildirib. Həmin məbləğ zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə göndərilib.
Alvaro Morata və Antuan Qrizmannın formalarının satışı üçün hərrac isə davam edir.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində 18 min nəfərdən çox insan həyatını itirib, 62 min nəfərdən çox şəxs yaralanıb.