n2006

n2006 Şeirlər 12-02-2023, 11:31

Bilsin

Bilsin
Düşünmə ayrılıq bu keçən zaman.
Səni ürəyimdən apara bilsin.
Nə bu zamanə nədəki dövran,
Səni taleyimdən qopara bilsin.

Düşünmə ürəyim dözər unudar.
Hansısa sevəni yerinə qoyar.
İnanma kədərsiz gözlərim durar,
Kimsə sevincini qaytara bilsin.

Ağlıma gəlmir senli sənsizi,
Əgər gəlməsən başqa kimsəni.
Günümə saçılan gülüşü çətin.
Qara buludları dağıda bilsin.

Həsrətin bir tarın mizrabı kimi,
Sızladar qəlbimin qəmli telləri,
İnanma aləmin sözü söhbəti,
Sənsiz bu könlümü ovuda bilsin.

© By : Coşqun Kamal

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
639 625 598 573 625 564

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.