ice berg

ice berg Xəbərlər 15-02-2023, 15:01

Bakı metrosunda iş vaxtı uzadılacaq - SƏBƏB

Bakı metrosunda iş vaxtı uzadılacaq - SƏBƏB
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu "Gent"lə keçirəcəyi oyuna görə, fevralın 16-dan 17-nə keçən gecə metronun "Gənclik", "Nərimanov" və "28 May" stansiyaları saat 01:00-a qədər işləyəcək.

LoaDinG.aZ xəbər verir ki, bu barədə "Qarabağ" rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, matçın gec başa çatacağı nəzərə alınaraq, "Bakı Metropoliteni" QSC-yə müraciət ünvanlanıb. Bu müraciətə müsbət cavab verilib.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Gent" oyunu saat 21:45-də başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
391 360 351 307 282 303

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.