n2006

n2006 Şeirlər 16-02-2023, 16:00

Tərk edib birini getməyə nə var?!

Tərk edib birini getməyə nə var?!
Tərk edib birini getməyə nə var?!
Hünərin çatırsa qalmağı öyrət!
Ürəyi viranə etməyə nə var!
Oxşayıb könlünü almağı öyrət.!

Yollara dikilən dəmli gözlərə,
Qurumaq bilməyən nəmli gözlərə,
Kədərli gözlərə, qəmli gözlərə,
Sevincdən boşalıb, dolmağı öyrət!

Eşqimə qanad ver uçması üçün,
Körpədir sən əl tut qaçması üçün,
Ətirli güllərin açması üçün,
Vaxtında çiçəyə solmağı öyrət!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
489 475 476 481 463 438

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.