Bir gün

Elə get dönməyə qoy üzün olsun
Əlvida söyləmə dönərsən bir gün
Yanından keçərkən saymazlıq etmə
Vaxt gələr öncə sən dinərsən bir gün
Vüqarlı dağ idin alçaldın amma
Sənsiz məhv olaram, ölərəm sanma
Bir özgə sevgiylə alışıb yanma
Əbədi kül olub sönərsən bir gün
Görürsən düşmüşəm nə hallara mən?
Cismim diri qalıb ölmüşəm ruhən
Gedərkən diqqət et bu adama sən
Qayıdıb yenə də sevərsən bir gün
Sənli şəkilləri cırıb bükəcəm
Qəlbimdə qurduğun evi sökəcəm
Sanma ki, əbədi əzab çəkəcəm
Özgəylə güləndə görərsən bir gün
Düşünmə həyatın yolunda gedər
Mənsizlik ruhunu talayıb didər
Peşmanlıq qəlbini pərişən edər
Dizinə-dizinə döyərsən bir gün
Əlvida söyləmə dönərsən bir gün
Yanından keçərkən saymazlıq etmə
Vaxt gələr öncə sən dinərsən bir gün
Vüqarlı dağ idin alçaldın amma
Sənsiz məhv olaram, ölərəm sanma
Bir özgə sevgiylə alışıb yanma
Əbədi kül olub sönərsən bir gün
Görürsən düşmüşəm nə hallara mən?
Cismim diri qalıb ölmüşəm ruhən
Gedərkən diqqət et bu adama sən
Qayıdıb yenə də sevərsən bir gün
Sənli şəkilləri cırıb bükəcəm
Qəlbimdə qurduğun evi sökəcəm
Sanma ki, əbədi əzab çəkəcəm
Özgəylə güləndə görərsən bir gün
Düşünmə həyatın yolunda gedər
Mənsizlik ruhunu talayıb didər
Peşmanlıq qəlbini pərişən edər
Dizinə-dizinə döyərsən bir gün

Redaktə etdi: Lola






