n2006

n2006 özünü 🙁 darıxan hiss edir. Şeirlər 17-02-2023, 21:30

Sənin zəngin

Sənin zəngin
Hər dəfə səsini eşidəndə mən,
Necə sevinərdim, rahatlanardım.
Sənin zəngin ilə oyandığım gün,
Özümü ən xoşbəxt adam sanardım.

Səhər vaxtı evə zəng eləmətin,
Oyatdı mürgülü xatirələri.
Bağışla, deyəsən yatıb qalmışam,
Sən məni tərk edib gedənlərdən bəri...

Dəstəyi götürmək istəmirdim heç,
Düz bilmirdim ki, kimdir zəng edən.
Səsini eşitdim, yaxşı olmadım,
Səsin eşidəndə yaxşı olan mən...

Niyə belə oldu, bilmirəm niyə,
Axı biz sevirdik bir-birimizi.
Bir vaxt telefonla hey danışardıq,
İndi telefon da susdurur bizi...

Əslində, mən səni istəmədim ki,
Səni unutmağı istədim ancaq.
Doyunca danışa bilməsək belə,
Eybi yox, zəng elə susaq doyunca...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
498 410 468 443 458 431

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.