Azer2

Azer2 İdman 18-02-2023, 15:55

PSJ Mourinyo ilə danışıqlar aparır

PSJ Mourinyo ilə danışıqlar aparır
"Roma"nın baş məşqçisi Joze Mourinyo PSJ-ni çalışdıra bilər.

Bu barədə "Foot Mercato" məlumat yayıb. Paris təmsilçisinin idman direktoru Luis Kampos 60 yaşlı mütəxəssislə mümkün keçidi müzakirə edib.Daha əvvəl PSJ-nin bəzi futbolçularının hazırkı çalışdırıcı Kristof Qaltyenin futbol savadından və məşqçiliyindən şübhələndiyi və ondan narazı qaldıqları bildirilirdi. Bununla bağlı rəhbərlik vəziyyətin pisləşəcəyi təqdirdə alternativ variant fikirləşib. Bu isə Joze Mourinyo variantıdır.

Kampos Mourinyonun böyük pərəstişkarıdır. Qeyd olunur ki, onların yaxşı münasibəti var.

PSJ ilə “Roma” arasında hələlik danışıqlar başlamayıb. Lakin PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi ilə "Roma"nın sahibi Den Fridkin arasında isti münasibət var.

Qeyd edək ki, Mourinyo 2021-ci ildən "Roma"nı çalışdırır. Onun İtaliya klubu ilə müqaviləsi 2024-cü ilə qədərdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
420 419 404 423 411 406

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.