ice berg

ice berg İdman 23-02-2023, 18:00

"Qarabağ" "Gent"in qonağı olacaq

"Qarabağ" "Gent"in qonağı olacaq
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin yekununda "Qarabağ" Belçikada "Gent"lə qarşılaşacaq.

LoaDinG.aZ xəbər verir ki, matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

"Gelamko Arena"da keçiriləcək qarşılaşmanın baş hakimi Uilyam Kollam olacaq. Onu Frensis Konnor və David Rum müşaiyət edəcəklər.

"Köhlən atlar" iki oyunun nəticəsilə qalib gələcəyi təqdirdə 1/8 final mərhələsinə yüksələcək.

Qeyd edək ki, hazırda "Qarabağ" meydana ciddi itkilərlə çıxacaq. Qapıçı Şahruddin Məhəmmədəliyev, müdafiəçi Abbas Hüseynov və yarımmüdafiəçi Marko Yankoviç zədə səbəbindən oyunu buraxacaqlar. Meydan sahiblərinin isə yarımmüdafiəçi Endryü Hülsager zədəyə görə iştirak ərizəsinə salınmayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
376 412 339 363 449 379

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.