KiBirLi_PrenS.

KiBirLi_PrenS. Hekayələr 2-03-2023, 00:00

SoYuq'QanLi

SoYuq'QanLi
Ümumiyyətlə indiyə kimi ruhuma, mənəviyyatıma ən çox yaraşdırdığım kəlimə ” soyuqqanlılıq‘dı. Soyuqqanlılığın mənfi tərəfləri var təbii ki, məsələn heç tanımadığın bir ortamda anidən hər kəsin sevimlisi ola bilmirsən. Biri sənə həyəcanla gününün necə keçdiyini danışanda bəlkə də həmin insandan çox sevinirsən həyatındakı yeniliklərə, amma göstərə bilmirsən, bir neçə soyuq cümlə ilə kifayətlənə bilirsən. Birinə məsələn sevgilin, dostun, ailən və s. hər kiməsə ağız dolusu danışmağa içində onlarla cümlə olduğu halda nədənsə bu kəlimələrin deyilməsinə səni saxlayan nəsə olur

Soyuqqanlı insan hər gün iştirak etdiyi ” həyat” adlı tamaşanın pərdəarxasında nələrin dönüb bitdiyini bilən şəxsdir. Soyuqqanlı insan bir zərbə aldığında bunu həyatının son zərbəsi adlandırıb insanlara pərdə çəkən deyil, daha şiddətli zərbələrin gələcəyini bildiyi üçün onu öldürməyən şeydən güc almağı bacarandı. Soyuqqanlı insan başqasının qayğısına ac olmayan insandı. Ən əsas da soyuqqanlı insan bilirsiz kimdi? Damarlarında hiss etdiyi o soyuq qanın harda, kimlə, necə axarının dəyişib isti qana çevrildiyini dərk edən insandı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
525 508 589 500 596 514

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.