HASANLY

HASANLY İdman 4-03-2023, 11:35

Dibala “Yuventus”u məhkəməyə verir

Dibala “Yuventus”u məhkəməyə verir
2022-ci ilin yayında “Yuventus”dan “Roma”ya keçən Paulo Dibala sabiq klubunu məhkəməyə verə bilər.

Turin klubunun argentinalı futbolçuya borcu var. Bu barədə oyunçunun özü bildirib.

“Yuventus”dan sonuncu dəfə nə zaman maaş aldığını xatırlamadığını deyən 29 yaşlı forvard klubunu dəyişərkən bütün ödənişlərin edilməli olduğunu söyləyib. Ancaq “qoca sinyora”nın hələ də ona 3,7 milyon avro borcu var. Aprel ayından gec olmayaraq məbləğ tam ödənilməlidir. Əks halda, futbolçunun vəkilləri hüquqi prosedurlara baş vuracaq. Dibala bunu istəmədiyini ifadə edib.

Qeyd edək ki, maliyyə maxinasiyalarında ittiham olunan “Yuventus”un A Seriyasında 15 xalı silinib.

Mənbə: “La Gazzetta dello Sport”

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
432 420 399 381 432 419

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.