n2006

n2006 Dəri və saç 5-03-2023, 07:00

Saçlarınızı dolğun göstərəcək hiylələr

Saçlarınızı dolğun göstərəcək hiylələr
Refle: Saçların təbii rəngindən bir neçə ton açıq edilən refle ya da balyajlar, yaradacaqları işıq oyunları sayəsində saçlarınızın çox daha həcmli görünməsini təmin edərlər. Reflelərinizin parlaq görünməsi üçün, saçlarınızın uclarını sarı saçlara xüsusi olaraq çıxarılan köpüklərin biriylə bir az ovalayın. Beləcə saçlarınızın ucları həm sağlam görünür, həm də refleləriniz daha diqqətə çarpan olacaq.

İri qatlar: Mərtəbəli seqmentlər hər zaman saçların daha canlı və dolğun görünmələrini təmin edərlər. Hər boy saç üçün bu dəyişməz bir qaydadır. Mərtəbəli kəsilmiş saçlarınızı önə doğru əyib əllərinizi istifadə edərək köpüklə şəkilləndirmək dolğun bir görünüş üçün kifayət olacaq.

Buruq saçlar: Şahanə buruqlarla, saçınızın əslində incə telli olduğuna kimsənin inanmağı gəlməz! Həmçinin şəkilləndirməsi də çox asandır. Saçlarınızı yüngül nəmliykən iri bigudilərlə sarıyın və qurumasını gözləyin. Bigudiləri açdıqdan sonra daramadan əvvəl saç spreyi sıxın və sonra əllərinizlə şəkil verin.

Cazibədar saçlar: Uzun saçlar, dalğalı saçlar sayəsində daha canlı və dolğun dayanarlar. Bunun üçün əvvəl saçlarınızı isti və iri bigudilərlə zəif sarmalayın. Yalnız uclarını sarısanız da kifayətdir. Çox çox gözlətmədən bigudiləri çıxarın və sprey sıxın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
523 558 528 476 496 493

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.