n2006

n2006 Gözəllik 5-03-2023, 08:00

Makiyajda etdiyiniz bu səhvlər sizi yaşlı göstərir

Makiyajda etdiyiniz bu səhvlər sizi yaşlı göstərir
Gənc görünmək üçün göz kölgələri ilə, ənlik-kirşan və tuşlarla nələri etmək olmaz.

SƏHV №1

Tünd-boz dumanlı göz kölgəsi ilə bəzənmiş gözlər gecə klublarında əylənən gənclər üçün uyğundur. Bir qədər yaşlı xanımları belə makiyaj təəssüf ki, yaşlı göstərir. Belə makiyajı yaşı 35 –dən çox olan xanımların istifadə etməməsi məsləhətdir. Qara göz qələmi göz ətrafındakı qırışları vurğulayır.

Beləliklə bizim seçimimiz - parlaq göz kölgələri, boz və qəhvəyi rəngli tuşdur. Çalışın qara tuşdan istifadə etməyin.

SƏHV №2

Aşağı kirpiklərə tuş çəkmək

Səhv №3

Belə makiyaj gözləri Malvina kimi "uşaqsayağı" edir. Amma yaş artdıqca bu mənasız görünür və natamamlığı vurğulayır. Alt kirpikləri rəngləməyin, daha çox üst kirpiklərə diqqət yetirin. Onlara cəsarətlə 2 qat tuş çəkə bilərsiniz. Bu gözləri daha cəlbedici, baxışları seksual edir, obraza qadınlıq verir.

Sərhədsiz dodaq boyası

SƏHV №4

Yaş artıqca dodağın dəqiq təbii konturları itir və siz dodaq qələmi olmadan düzgün makiyaj edə bilmirsiniz. Əvvəlcə dəqiq kontur çəkin (Bunun üçün boyanın rəngində və yaxud daha parlaq qələm seçə bilərsiniz). Belə makiyaj səliqəli görünəcək, boya isə kənarlara çıxmayacaq.

Həddindən çox konsiler

SƏHV №5

Konsiler —onun vəzifəsi çatışmamazlıqları gizlətməkdir. Amma çox konsiler gözətrafı qırışları qabardır. Üzdəki qatların arasına dolan konsiler ən azı insanı yaşından 5 il artıq göstərir. Beləliklə, onu gozaltındakı daxili kənarlara (buruna yaxın) çəkin və nəmləndirici konsilerlər seçin ( bu konsilerlər qırışları hamarlayır, onları qurutmur və qırışları qabarıq göstərmir ). Konsilerlər parlaq və yüngül olsun.

Rəngli və parlaq göz kölgələri

SƏHV №6

Parlaq-göy, bənövşəyi, ümumiyyətlə bütün parlaq və bərq vuran göz kölgələrini lap gənc yaşlarınızda istifadə edin. Bir qədər yaş artıqda onlar "qaz pəncələri" aksentini verir, üst göz qapağının tonusu olmadıqda, göz altında qara dairələri vurğulayır. Ən yaxşı mat göz kölgələri seçin və onu ancaq gözün üst qapağına çəkin, bütün qaşların altına çəkməyin.

Düzgün seçilməyən kirşan

Kirşanın sıx qatı siz gənc göstərməyəcək, əksinə "suvağa" çevirəcək. Ağır kirşan və yaxud yağlı tonal krem dərinin qatlarına dolur, qırış və masamələri genişləndirir və vurğulayır. Yaş artdıqca quru, yngül, rəngləri əks etdirən kirşanlardan istifadə edin. Onlar üzün rəngini bərabər, dərinin səthini isə hamar edir.

SƏHV №7

Nazik qaşlar

Qaşlar nə qədər nazikdirsə, siz bir o qədər yaşlı görünürsünüz. Qaşlarınızı uzadın və onlara bərabər forma verin. Bu sizi bir neçə yaş gənc göstərəcək. Əgər qaşlarınızı rəngləmək lazımdırsa, onda nazik qələm – layner deyil , qaşlar üçün kölgə seçin və onu fırça ilə çəkin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
473 469 442 405 446 456

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.