(Öz-Özümlə Söhbət)
(Öz-Özümlə Söhbət)
Hərdən küçə-küçə düşüb öz-özümün axtarışına çıxıram. Hansı yolda, hansı tində hansı insanlar uğurunda hansı xəyallarımdan vazkeçdiyimi görmək üçün... Hansı xatirələrimin ağrısının get-gedə artaraq, içimdə dağ boyda bir peşmanlıq abidəsi yaratdığına şahid olmaq üçün... Köhnə şəkillərimə sataşır gözüm. Üzümdə xoşbəxtlik ışıltısı, dodaqlarımın gülümsədiyi o şəkillərə. Fikir verirəm ki, nə vaxtdır şəkillərdə belə düşmürəm. Baxdıqca baxıram, baxıram baxıb qutardıqdan sonra birdə tökürəm şəkilləri,ən başdan yenə də bir-bir baxıram, Xoşbəxtliyimi ən son hansı şəkildə buraxdığımı bilmək üçün... Xatirələrin tozlanmış, qalın pərdələrini aralayıram elə bu dəmdə. Hər şeyimi paylaşdığım,sadəcə varlığı belə məni həyata bağlayan insanlar gəlir gözümün önünə. Bu qədər yaxın, doğma ikən o insanlardan necə uzaqlaşmağım, onlarla necə yadlaşmağım necə yalnızlaşmağım, insanlardan kənarlaşmağım həm üzür həmdə həyata qarşı küsdürür məni. *Bəs zaman hər şeyin çarəsidir deyirlər,mən niyə zaman keçdikcə çarəsizləşirəm*? Bilmirəm,anlam verə bilmirəm heç nəyə. Sanki, yer kürəsi sürətlə fırlanır və hər şey, hər kəs məndən uzaqlaşır,amma mən olduğum yerdə sabit qalıram... Sahib olduğum hər şeyimi, hər kəsimi,itirə-itirə... Bilmirəm, bəlkə buda keçəcək ötüb keçən, tarixə qovuşan hər şey kimi,ancaq onu bilirəm ki, keçəcəksə də ciyərlərimi sökə-sökə, boğazımı qəhərdən quruda-quruda, göz yaşlarım içimdə axmaqdan içimi məhv edə-edə keçəcək...