Bu gün Xətai rayonu ərazisində “Bravo” hipermarketdə silahlı insident törədməkdə şübhəli bilinənənlərdən bir nəfər saxlanılıb.
Loading.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edilib.
"Əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcəkdir" - deyə, nazirlikdən bildirilib.
Qeyd edək ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank”ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.