KiBirLi_PrenS.

KiBirLi_PrenS. İslam Dini 6-03-2023, 11:00

Hz.ELi sozleri.

Hz.ELi sozleri.
Haqsızlıq önündə əyilməyin, çünki haqqınızla bərabər şərəfinizi də itirərsiniz. (Həzrəti Əli)

Xam düşüncələri ancaq ağıl bişirir. (Firdovsi)

Həyat iman və cihaddır. (Həzrəti Hüseyn)

Ən böyük fəlakətlər içində belə ümidini itirmə, unutma ki, ilik sərt sümüyün içindən çıxır. (Hafiz Şirazi)

Əyri ox doğru səmt almaz. (Həzrəti Əli)

Fürsətlər buludlar kimi tez çəkilib gedər. (Həzrəti Əbubəkr)

Ən yaxşı nəsihət yaxşı örnək olmaqdır.

Ən yaxşı davranış insanlarla özünlə davrandığın kimi davranmaqdır.

Gecə uzundur, onu yataraq qısaltma. Gündüz aydındır, onu günahlarınla qaraltma.

Gecənin nə qədər uzun olduğunu ancaq xəstələr bilir. (Sədi Şirazi)

Keçmiş gələcəyə suyun suya bənzərliyindən daha çox bənzəyir.

Sözlərinin əməlləri kimi sayıldığını bilən insan az danışar və yalnız onu maraqlandıran şeyləri söyləyər.

Əxlaqın əxlaqsızların əlində oyuncaq olduğu bir toplumdan yaxşılıq gözləməyin.

Sənə qəzəblənərkən pislik istəməyən insanla dost ol. Çünki qəzəb insanın əxlaqını ortaya qoyur.

Ürəkləriniz bir olmadıqdan sonra çox olmağın mənası yoxdur.

İkiüzlü insanlardan uzaq olmaq çox çətindir. Saxta sevgilərini göstərirlər və içlərindəki pisliyi gizlədirlər. Onları qane etdiyin müddətcə səni sevirlər və səndən yararlandıqları müddətcə xoşbəxt olurlar.

Düşünmə və sevinmə! Zamanın sənə nə qazandırıacağını bilmək olmaz.

Pis və günahkar insanlarla dostluqdan çəkinin, çünki pislik pisliyə qarışır.

Səbir iki hissədən ibarətdir; çətinliklərə səbr etmək gözəldir. Bundan gözəli isə haramlara qarşı səbrdir.

Özünü bəyənən və özündən razı olan biri çox kədər və ağrı çəkər.

İçinizdə həmişə insanlara qarşı sevgi və xeyirxahlıq olsun. Onlarla pis rəftar etməyin və onları danlamayın.

Özünü tanımayan hər kəs qurtuluş yolundan uzaqlaşar və cahillik və azğınlıq yoluna girər.

Xeyirli işləri sabaha saxlama. Sabah olar, sən olmazsan.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
686 737 631 608 577 603

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.