Səndən Ayrı Darıxıram Sevgili

Səndən Ayrı Darıxıram Sevgili




Neçə vaxtdır heyf səni görmürəm,

Dərd-qəmimi mən səninlə bölmürəm,

Həsrət nə vaxt bitəcəkdir bilmirəm,

Səndən ayrı darıxıram, sevgilim.



Ayrılıq çətindir, bu hicran sıxır məni,

Şəklinə baxıram, bir qəhər boğur məni,

Gəl sən də çalış ki, üzmə qəlbimi,

Səndən ayrı darıxıram, sevgilim.




Bu sevgini mən həyatım bilmişəm,

Hər əzaba sənin üçün dözmüşəm,

Sənsizlikdən yorulmuşam, bezmişəm,

Səndən ayrı darıxıram, sevgilim.




Tanrı birgə yazsın taleyimizi,

Yaşadaq daima biz sevgimizi,

Çalışaq qırmayaq qəlblərimizi.

Səndən ayrı darıxıram, sevgilim.



Əziz oading azin dəyərli userləri bi mütdətlik sizdən ayrılıram
Bəlkə Qayıdaram Hələlik

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
645 626 532 593 597 586

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.