"Liverpul" azarkeşi 7:0-ı qeyd etmək üçün meydana düşdü
İngiltərə Premyer Liqasının 26-cı turunda "Mançester Yunayted"lə oyunda "Liverpul"un bir azarkeşi meydana enib.
Hadisə 88-ci dəqiqədə Roberto Firminonun komandasının 7-ci qolunu vurmasından sonra olub. Bir həmin vaxt azarkeş meydana çıxıb və qolu qeyd edən "Liverpul" oyunçularına tərəf qaçıb. O, sürüşərək Endryu Robertsonu yerə yıxıb.
Şotlandiyalı müdafiəçi topuğundan tutaraq yerə düşüb. Lakin o, sonda matçı başa vura bilib. Stüardlar fanatı sakitləşdirib meydandan çıxarıblar.
Qeyd edək ki, görüş "Liverpul"un 7:0 hesablı qələbəsi ilə başa çatıb.