Xaliq

Xaliq İslam Dini 28-07-2017, 18:02

Hz Hüseyn sozləri (YA HüSeYN)..

Hz Hüseyn sozləri (YA HüSeYN)..
Hz Hüseyn sozləri (YA HüSeYN)..


* İnsanların ən comərdi istəmədən verən, ən asılı də intiqama gücü çatarkən bağışlayandır.
* Heyhat! Zillət boyun əymək bizden uzaqdır.
* Allah, gücünü aldığı kimsədən itaət istəmədiyi kimi, təklif yükünü də ondan qaldırar.
* Gerçək xəsis, salam verməkdə xəsislik edən kimsədir.
* Qiyamət günü, yalnız dünyada Allahdan qorxan kimsə təhlükəsizlikdə ola bilər.
* Ağıl, ancaq haqqa tabe olmaqla kamil olar.
* Allah qorxusundan ağlamaq, cəhənnəm atəşindən xilas olmağa səbəb olar
* Comərdlik edən ucalar, xəsislik edən isə alçalır.
* Yaxşılıqlarda yarışın və mənəvi qənimətləri əldə etməyə tələsin.
* Səni sevən, pis işlərdən səni çəkindirir; səndən nifrət edən isə səni bu işlərə təşviq edir.
* Allaha üsyan edərək bir şeyə çatmaq istəyən kimsə ümid etdiyindən uzaqlaşaraq, qorxduğu şeyə yaxınlaşmaqdadır
. * Alimin nişanələrindən biri də öz sözünü tənqid etməsi və müxtəlif görüşlərin həqiqətindən xəbərdar olmasıdır.
* Üzr dilənəcək hərəkətdən uzaq dur. Çünki mömin nə cinayət işlər və nə də üzr istəyər, amma münafiq hər gün cinayət işləyib üzr istəyər.
* Salamın yetmiş savabı vardır; altmış doqquzu salam verənə, biri isə salamın cavabını alan insanadır
. * Yanında başqasının qeybətini edən bir adama belə buyurdu: Ey adam! Qeybət etməkdən çəkin. Çünki qeybət, cəhənnəm itlərinin katığıdır.
* Həyat, inanmaq və mübarizə etməkdir.
* İnsanlar dünya qullarıdır; dinin sayəsində dolanışıqlarını təmin etdikləri müddətcə onu qoruyub güdərlər; (Amma) çətinliklərlə imtahan edildiklərində dindarlar azalır.
* Haqqa əməl edilmədiyini və batildən da qaçınılmadığını görmürsünüzmü? Belə bir vəziyyətdə möminin ölümü arzulaması haqqdır. Mən ölümü səadət, zalımlarla yaşamağı isə alçaqlıq bilirəm.
* Ən böyük cihad, zalımın qarşısına çıxıb; sən 'haqsızsan' deməkdir.
* Kərbəlaya doğru hərəkət etdiklərində belə buyurdular: Doğrusu bu dünya dəyişib tanınmaz olmuş və bütün yaxşılıqlarına kürək çevirmiş; qabın dibindəki azca qalıq sudan və havası ağır olan otlaktaki kimi alçaq həyatdan başqa bir şey qalmamışdır.
* Bəziləri Allahdan bir şey ümid edərək ibadət edərlər; bu tacirlərin ibadətidir. Bəziləri də qorxaraq ibadət edərlər; bu da kölələrin ibadətidir. Bəziləri isə Allaha şükr olaraq ibadət edərlər; bu da azad insanların ibadətidir; işdə ən fəzilətli ibadət budur.
* Bir adam İmam (as) 'a salam vermədən Necəsiniz? Allah nuş versin. dediyində belə buyurdu: Əvvəl salam, sonra kəlam. Allah sənə də nuş versin. Daha sonra buyurdular ki: Salam vermədikcə heç bir kimsəyə danışma icazəsi verməyin
. * Allahın, öz qulunu istidrac qafil avlaması, ona bol nemət verib şükür etmək (barəsində) uğursuz etməsidir. Imkanlar əlindən qaçıncaya qədər nemətlə məşğul olub hamisini xatırlamamasıdır.
* Bir adam gəlib İmam (s) 'dan kömək istədiyində İmam belə buyurdu: Ağır bir borcu, gücü aşan yüklü bir təzminatı ödəmək və alçaldıcı kasıblıq xaricində ağız açmaq doğru deyil. O adam: Bunlardan biri üçün gəlmişdim "dediyində, İmam (as) ona yüz dinar verilməsini əmr etdi.
* İmam (as) oğlu Səccad (as) 'a belə buyurdu: "Ey oğlum! Allahdan başqa yardımçısı olmayan kimsəyə zülm etməkdən çəkin.
* Bu üç kimsənin xaricində heç kimə ağız açma: Dindar, igid və nəcib. Çünki dindar öz dinini qoruması üçün ehtiyacını qarşılayar. İgid də (səni ümidsiz etməyi) öz igidliyinə sığdırmaz, utanır. Soylu isə ehtiyacın üçün üzünün suyunu tökməyə məcbur qaldığını bildiyindən, şərəfini qorumaq üçün səni əli boş geri çevirməz.
* Qardaşlar dörd qisimdir: 1- sənə və özünə faydası olan. 2- sənə yarari olan 3-Sənin zərərinə olan. 4-Nə sən və nə də özünə faydası olan

əLİ ! yatanda HüSeYNiN basi ustə su qoyarsan HuSeYN gecəler su isteyir menden..Fatimeyi Zehra(s)
(Son qanima qeder HüSeYNciyem..)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
898 906 840 870 875 822

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.