Bizi ölüm ayırmadı sevgilim

Bizi ölüm ayıracaq - deyirdin,
Bizi ölüm ayırmadı,sevgilim.
Nahaq yerə sevgimizi oyurdun,
Bizi ölüm ayırmadı,sevgilim..

Keçmişdə olanlar ayırdı bizi,
Arada qalanlar ayırdı bizi.
Böhtanlar, yalanlar ayırdı, bizi,
Bizi ölüm ayırmadı,sevgilim..

Hələ qurumayıb o nəmli gözün,
Getmir qulağımdan sənin son sözün.
Uyub yalanlara ayrıldın özün,
Bizi ölüm ayırmadı,sevgilim..

Ayrıldıq sevgimiz qaldı kölgədə,
Oldu xəyalımda olan körpə də.
Ölüm bizi barışdırar bəlkə də,
Bizi ölüm ayırmadı,sevgilim..
Bizi ölüm ayırmadı,sevgilim.
Nahaq yerə sevgimizi oyurdun,
Bizi ölüm ayırmadı,sevgilim..

Keçmişdə olanlar ayırdı bizi,
Arada qalanlar ayırdı bizi.
Böhtanlar, yalanlar ayırdı, bizi,
Bizi ölüm ayırmadı,sevgilim..

Hələ qurumayıb o nəmli gözün,
Getmir qulağımdan sənin son sözün.
Uyub yalanlara ayrıldın özün,
Bizi ölüm ayırmadı,sevgilim..

Ayrıldıq sevgimiz qaldı kölgədə,
Oldu xəyalımda olan körpə də.
Ölüm bizi barışdırar bəlkə də,
Bizi ölüm ayırmadı,sevgilim..
redakte etdi Ugurboceyi






