Oruc
ORUC
Məsələ 1908.Oruc insanın uca Allahın qarşısında itaətkarlıq və bəndəliyini izhar etmək üçün sübh azanından məğribədək qarşıda sadalanacaq doqquz şeydən çəkinməsi deməkdir. Məğrib namazı xüsusunda məğrib vaxtı anlayışı ilə bağlı verilən izah(1) orucun başa çatdırılma vaxtı olan məğribin ayırd edilməsi məsələsinə də şamildir.
Orucun vacib olmasının şərtləri
Məsələ 1909.Hər bir insana aşağıdakı şərtlər daxilində mübarək ramazan ayında oruc tutmaq vacibdir.
Birinci və ikinci şərtlər: Həddi-büluğa çatmış və aqil şəxs olmalıdır
Məsələ 1910. Oruc həddi-büluğa çatmış və aqil şəxsə vacibdir. Həddi-büluğa çatmamış uşaq ramazan ayında sübh azanından öncə həddi-büluğa çatarsa, oruc tutmalıdır. Sübh azanından sonra həddi-büluğa çatdığı təqdirdə isə həmin günün orucu ona vacib deyil. Lakin ramazan ayının orucunu tutmaq niyyəti var idisə, müstəhəb ehtiyata əsasən, onu tamamlamalıdır.
Üçüncü şərt: Huşsuz olmamalıdır
Məsələ 1911. Əgər insan huşsuz olarsa (huşunu itirərsə) və bu səbəbdən oruc məsələsində mötəbər sayılan niyyəti edə bilməzsə, oruc ona vacib deyil. Məsələn, sübh azanından əvvəl oruc tutmaq niyyəti olmayan, daha sonra huşunu itirən məğrib azanından sonra özünə gələn şəxsə həmin günün orucu vacib deyil və daha sonra onun qəzasını tutması da lazım deyil.
Məsələ 1912. Əgər insan sübh azanından öncə oruc niyyəti edərsə, daha sonra qeyri-ixtiyari surətdə huşunu itirərsə və gün ərzində özünə gələrsə, lazım ehtiyata əsasən, həmin günün orucunu sonadək tutmalıdır və əgər sonadək tutmazsa, onun qəzasını tutmalıdır. Səbəbləri ixtiyari olan huşsuzluq vəziyyətində (insanın cərrahiyyə əməliyyatı üçün özünü anestezioloqa təslim etməsi kimi) isə vacib ehtiyat orucu sonadək tutmağı və daha sonra onun qəzasını da tutmağı tələb edir.