HASANLY

HASANLY İdman 15-03-2023, 12:27

Holand Qvardiolanın onu erkən əvəzləməsinə münasibət bildirdi

Holand Qvardiolanın onu erkən əvəzləməsinə münasibət bildirdi
“Mançester Siti”nin futbolçusu Erlinq Holand Çempionlar Liqasının 1/8 final mərhələsində Almaniyanın “Leypziq” klubu ilə cavab oyununda əvəzlənmək istəməyib.

Komandasının 7:0 hesabı ilə qalib gəldiyi matçda 5 qol vuran norveçli forvard daha çox fərqlənmək niyyətində olub.

“Əvəzlənəndə Pep Qvardiolaya dedim ki, məni oyunda saxlasın. Çünki daha çox qol vurmaq istəyirdim. Amma nə edə bilərəm? Bu turniri - Çempionlar Liqasını sevirəm”, - deyə Holand bildirib.


Penta-trik edən forvard Lionel Messi və Luis Adrianonun göstəricisini təkrarlayıb. O, daha bir dəfə fərqlənə bilsəydi, turnir tarixinin mütləq rekordçusu olacaqdı. Lakin İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola 63-cü dəqiqədə Holandı əvəzləyərək, ona bu fürsəti verməyib.

Mənbə: Sport.ua

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
400 414 390 406 383 373

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.