ice berg

ice berg Maraqlı 15-03-2023, 23:00

Leonardo da Vinçi əslən Qafqazdanmış - Maraqlı iddia

Leonardo da Vinçi əslən Qafqazdanmış - Maraqlı iddia
İntibah dövrünün ən parlaq nümayəndəsi, məşhur rəssam Leonardo da Vinçinin anası Qafqazdan olub. İtaliyalı alim, yazıçı Karlo Veççe idda edir ki, Vinçinin anası çərkəz qızı olub.

LoaDinG.aZ'ın xarici mətbuata istinadən xəbərinə görə, alim bu faktları Florensiyadakı dövlət arxivlərində tədqiqat apararkən tapıb. Arxivdə Leonardonun anadan olmasından yarım il öncə, yəni 1452-ci ildə qul çərkəz qızının azad edilməsinə dair sənəd tapılıb. Bu öz dövrünün notarial aktı sayıla bilər. Sənəddə qeyd edilir ki, azad olunan çərkəz qadın Katerina Qafqazda yaşayan çərkəz knyazı Yakovun qızı imiş. Sənədi kəniz qadının ağası, Vinçinin atası Pyero da Vinçi imzalayıb.

Alimin iddiasına görə, Katerina Florensiyaya Venesiyadan qul kimi gətirilib. O, toxuculuqla məşğul olur və muzdlu süd anası kimi varlı ailələrə qulluq göstəririmiş. Burdan aydın olur ki, böyük rəssam onun ilk övladı olmayıb.

Qeyd edək ki, professor Veççe L'Orientale Universitetində işləyir. O, Vinçinin həyat və yaradıcılığını araşdıran ən nüfuzlu mənbə və mütəxəssis hesab olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
450 445 366 357 384 350

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.