Uzaqlar
Uzaqlar deyə bir yer var. Ora hamımızın adını eşitdiyimiz, amma heç vaxt gedə bilmədiyimiz bir yerdir. Biz ora gedə bilmirik, amma bizdən gedənlər həmişə "uzaqlar" adlı yerə sığınır. Biz isə bu uzaqları sadəcə mahnı və filimlərdə eşitməklə kifayətlənirik. Özü də bura elə bir yerdir ki, Bermud üçbucağı kimi gedən də bir daha geri qayıtmır. Hər halda necə gözəl bir yerdir ki, ora addımını atan xüsusi qonaqpərvərvərlik və ehtiramla qarşılanır ki, orada olan bir daha qayıtmaq istəmir deyə düşünür insan. Hətta bəlkə də yeganə yerdir ki, bütün ölkələrdən bura tezliklə çatmaq olur. Dünynın hanısı bölgəsində olursa olsun, ayrılan şəxslər bir bilet alıb, həmişə bu "uzaqlar"a qaçırlar. Amma məncə bu "uzaqlar" elə də gözəl bir yer deyil. Gedəni gətirməyən bir yer necə gözəl ola bilər ki?!







