n2006

n2006 özünü 😟 tənha hiss edir. Şeirlər 16-03-2023, 18:30

Nigaran qalma....

Nigaran qalma....
Sən mənim bitməyən nağıllarımsan
Mən isə göylərdən düşən üç alma
Sən mənim deyilsən, amma varımsan
Mən sən sevmirəm, nigaran qalma

Mən sənin yoluna düşən kölgəyəm
Mən axı kiməm ki, küsəm, inciyəm
Bir quru sevdam var onu da alma
Mən səni sevmirəm, nigaran qalma

Deyirsən: sevgidi, eşqdi, qəhərdi
Deyirsən: sevgisiz ömür hədərdi
Deyirsən: bu eşqin sonu kədərdi
Onsuzda bilirəm yadma salma
Mən səni sevmirəm, nigaran qalma

Mən qara nöqtəyəm, sən isə nida
Ayrılıq verərmi ruhuma qida?
Döy mənim qapımı, söylə əlvida
Bir daha qapımın zəngini çalma
Mən səni sevmirəm, nigaran qalma
Sən özün xəyalsan, xəyala dalma
Mən səni sevmirəm, nigaran qalma.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
477 536 518 468 527 495

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.