amon

amon İdman 19-03-2023, 11:50

Messi aprelin əvvəlində “Əl-Hilal”la danışıqlar aparacaq

Messi aprelin əvvəlində “Əl-Hilal”la danışıqlar aparacaq
Fransanın PSJ klubunun argentinalı hücumçusu Lionel Messi və onun ətrafındakılar aprelin əvvəlində Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə görüş keçirəcək.

"Far.Az" xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti tvitterdəki səhifəsində yazıb.

Görüşün məqsədi Messinin Səudiyyə klubuna mümkün transferi ilə bağlı danışıqlar aparmaqdır.

Eyni zamanda, mediada 2020-ci ilin yayında tərk etdiyi Barselonaya qayıtmasının onun üçün prioritet olduğu barədə məlumatlar ortaya çıxıb.

Həmçinin qeyd olunub ki, PSJ və Messi hələ də 2023-cü ilin yayında başa çatacaq müqavilənin uzadılması şərtləri ilə bağlı razılığa gələ bilmir.

Məlumata görə, argentinalı Kilian Mbappenin maaşına uyğun əmək haqqı artımı tələb edib. Əməkdaşlığın davam etdirilməsi üçün iki variant nəzərdən keçirilir - ya müqavilənin avtomatik olaraq bir il müddətinə uzadılması bəndinin aktivləşdirilməsi, ya da bir mövsümlük yeni müqavilənin bağlanması.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
344 385 353 363 382 408

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.