imsak nece baglanir?
İmsak (امساك) sözünün lüğət mənası bir şeyi tutmaq, möhkəm yapışmaq, mane olmaq, bir şeydən əl çəkmək, uzaq durmaq, geri çəkilmək deməkdir. Dini termin olaraq dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaqdır. İmsakın ziddi iftardır.
İslamın əsaslarından biri olan orucun əsas şərti imsakdır. Quranı-Kərimdə imsak haqqında belə buyrulur.
Ayədə haqqında bəhs olunan ağ və qara sapın görülməyindən məqsəd, gündüzün aydınlığı ilə gecənin qaranlığının bir-birindən ayırd edilməsidir. Nəql olunur ki, bu ayə ilk nazil olduqda “minəl-fəcr (fəcirdə, fəcirdən)” əlavəsi yox idi. Oruc tutacaq olanlar bir ayağına qara, digərinə də ağ sap bağlayardı. Sahurda bunları açıq-aydın görənə kimi yeməyə və içməyə davam edərdilər. Allah Rəsulu (s.ə.s) də ağ-qara misalı ilə gecə ilə gündüzün nəzərdə tutulduğunu bildirmişdi. Daha sonra Cənabı Haqq, ağ və qara sap təşbehindən “gecə ilə gündüzün nəzərdə tutulduğunu bildirərək, dan yerinin ağarması mənasında, “minəl-fəcr” əlavəsini təkrar nazil etdi.