V_L

V_L Texnologiya 29-07-2017, 11:24

İkiekranlı Meizu smartfonları təqdim olundu

İkiekranlı Meizu smartfonları təqdim olundu
İkiekranlı Meizu smartfonları təqdim olundu


Çinin "Meizu" şirkəti 2 yeni qabaqcıl smartfonu - "Pro 7" və "Pro 7 Plus" modellərini rəsmən təqdim edib.

Qurğular arxa paneldə yerləşən yardımçı ekranla təchiz olunub. Sensor "AMOLED" ekranın diaqonalı 1,9 düym (240x536 piksel) təşkil edir və müxtəlif bildirişlərin göstərilməsi üçün nəzərdə tutulub. Bundan başqa, onun vasitəsilə musiqi pleyerini idarə etmək və avtoportretlərin çəkilişi zamanı əsas kameraya nəzarət etmək mümkündür.

Həmçinin hər iki smartfon f/2.0 aperturlu 12 meqapikselli rəngli və monoxrom sensordan ibarət qoşa fotomodulla təchiz edilib. Bundan əlavə, qurğular 16 meqapikselli ön kameraya malikdir. Lakin yeni qurğular arasında müəyyən fərqlər də var.

Belə ki, "Full HD" təsvir ölçülü 5,2 düym diaqonallı "Super AMOLED" displeylə təchiz edilən "Meizu Pro 7" səkkiznüvəli "Mediatek Helio P25" prosessoru əsasında işləyir. Həmçinin qurğunun operativ yaddaş tutumu 4 giqabayt, quraşdırılmış yaddaşı 128 giqabayt təşkil edir. "Meizu Pro 7" sürətli enerji doldurma funksiyalı 3 min milliamper/saat tutumlu akkumulyatora malikdir.

Öz növbəsində, "Meizu Pro 7 Plus" modeli "Quad HD" təsvir ölçülü 5,7 düym diaqonallı "Super AMOLED" ekran, onnüvəli "Mediatek Helio X30" prosessor, 6 giqabayt operativ yaddaş və 3500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Qurğuların ilkin mərhələdə avqustun 5-dən etibarən Çində satışa çıxarılması planlaşdırılır. "Meizu Pro 7" smartfonunun başlanğıc qiyməti 430 dollar, "Meizu Pro 7 Plus" modelinin 530 dollar təşkil edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
712 703 574 592 645 589

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.