reklam
“İfk hadisəsi” nə deməkdir? “İfk hadisəsi” nə deməkdir? http://sun.az/uploads/posts/2017-07/1501323201_deve_450x300.jpg
Ulya

Ulya İslam Dini 29-07-2017, 22:16

“İfk hadisəsi” nə deməkdir?

“İfk hadisəsi” nə deməkdir?
“İfk hadisəsi” nə deməkdir?


Ərəb dilndə “ifk” – böyük böhtan, dəhşətli iftira deməkdir. Hicri 5-ci və ya 6-cı ildə (miladi 626-627-ci illər) Bəni-Müstəliq savaşından qayıdarkən baş vermiş bir hadisənin adıdır. Tarixdə “boyunbağı olayı” adı ilə də xatır¬lanır.

Həzrət Mühəmməd Peyğəmbər (s) adətən, hərbi yürüşə gedəndə xanımlarından birini də özü ilə aparırdı. Bəni-Müstəliq savaşında Peyğəmbəri ümmül-möminin Aişə müşayiət edirdi. Mədinəyə qayıdarkən müsəlmanların köç saldığı düşərgələrin birində Aişə xanım təsadüfən öz qiymətli boyunbağısını salıb itirdi. O, itkidən xəbər tutan kimi boyunbağını axtarmağa başladı. Bu arada karvan yola düşdü. Müsəlmanlar Aişə xanımın da kəcavənin içində olduğunu zənn edib getdilər.

Aişə xanım axtardığı yerdən düşərgəyə qayıdanda karvan artıq orada yox idi. Bu zaman karvanın ardınca gəlməyə və unudulmuş şeyləri götürməyə təhkim edilmiş Səfvan adlı gənc müsəlman onu görüb, öz dəvəsinin tərkinə əyləşdirdi və Mədinəyə gətirdi.

Aişə xanımı Səfvanın dəvəsinin belində görən münafiqlər onların haqqında nalayiq şayiələr yaymağa başladılar. Xüsusilə, münafiqlərin başçısı Abdullah ibn Übeyy bu barədə çox canfəşanlıq edirdi. Aişə xanımın kənizi onu iffətli bir qadın kimi tanıdığını və hərəkətlərində indiyə kimi heç bir şübhəli cəhət görmədiyini bildirdi. Bunun ardınca Allah-Təala Nur surəsinin 15-16-cı ayələri vasitəsilə Aişə xanımın günahsız olduğunu Peyğəmbərə vəhy etdi.


Redaktə etdi Xaliq

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
348 360 329 335 337 309

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.