ice berg

ice berg İdman 24-03-2023, 10:30

Dünyanın ən yaxşı gənc məşqçilərinin adları açıqlanıb

Dünyanın ən yaxşı gənc məşqçilərinin adları açıqlanıb
Dünyanın ən yaxşı gənc məşqçilərinin adları açıqlanıb.

LoaDinG.aZ xəbər verir ki, "FourFourTwo" 40 yaşına çatmamış mütəxəssislər arasında seçim aparıb.

Portal Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Yulian Naqelsmannı ən yaxşı gənc mütəxəssis hesab edir. İkinci pillədə Portuqaliya "Sportinq"inə rəhbərlik edən Ruben Amorim qərarlaşıb. Belçika millisinə yenicə baş məşqçi təyin olunan Domeniko Tedesko ilk "üçlüy"ü qapayır.

1. Yulian Naqelsmann ("Bavariya", Almaniya) – 35 yaş

2. Ruben Amorim ("Sportinq", Portuqaliya) – 38

3. Domeniko Tedesko (Belçika millisi) – 37

4. Vensan Kompani ("Bernli", İngiltərə) – 36

5. Mattias Yayssle ("Zalsburq", Avstriya) – 34

6. Uill Still ("Reyms", Fransa) – 30

7. Ueyn Runi ("Di Si Yunayted", ABŞ) – 37


Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çalışan ən gənc mütəxəssis Vüqar Əsgərlidir. "Şamaxı"nın baş məşqçisinin 39 yaşı var. "Sabah"ın baş məşqçisi Murad Musayevin də 40 yaşı bu ilin noyabrında tamam olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
419 441 361 449 367 331

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.