ice berg

ice berg Maraqlı 24-03-2023, 12:00

“Pişiyin 9 canı var” ifadəsi doğrudur?

“Pişiyin 9 canı var” ifadəsi doğrudur?
“Pişiyin 9 canı var” ifadəsi həqiqətdi yoxsa əfsanə? Bu deyim necə yaranıb?

Bir versiyaya görə, “Pişiyin 9 canı var” ifadəsi ingilis atalar sözündən qaynaqlanıb. Atalar sözündə deyilir: “ Pişiyin 9 canı var. 3 canı ilə oynayır, 3 canı ilə gəzir - avaralanır, 3 canı ilə sürünür”. Əslində bu atalar sözü pişiyin həyat yolunu təsvir edir.

Digər versiyaya əsasən, bu qədim misirlilərin pişiyə sitayişi ilə bağlıdır.

Günəş tanrısı Atum Ra pişik obrazına girir. Atum Ra pişik görünüşündə 9 tanrını aldada bilir, onların hamısı ilə döyüşərək məğlub edir. O zamandan misirlilər digər tanrıların ömür və güclərinin pişiyə keçdiyinə inanırlar.

Sonrakı illərdə insanlar əfsanələrlə reallıqları qarışıq salıblar və bu ifadə dildən – dilə keçərək, pişiklərin sirli gücləri olmasına inam yaradıb.

Ərəblər pişiyin 6, italyanlar 7 canı olmasına inanırlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
538 529 484 501 430 512

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.