Səni sevəcəyəm sən olmasanda

Hər şeyə son qoyub getsəndə belə,
Səni sevəcəyəm sən olmasanda.
Məni bir kənara atsanda belə,
Səni sevəcəyəm sən olmasanda !

Hər gün rəsmin ilə danışacağam,
Niyə tərk elədin soruşacağam,
Sənə xəyalımda qovuşacağam,
Səni sevəcəyəm sən olmasanda !

Sən məni sevsəndə, sevməsəndə, bil!
Düz deyirsən əlbət bu məcbur deyil!
Bu günü unutma keçsə neçə il,
Səni sevəcəyəm sən olmasanda !

Səni sevə-sevə özümü tapdim,
Bu yalan dünyada düzümü tapdim,
Çox sevmək günahmış cəzamı tapdım,
Səni sevəcəyəm sən olmasanda !

Bu yük ağır yükdü, daşımaq çətin,
Məni öldürsədə sənin həsrətin,
Səni sevmək olub daha adətim,
Səni sevəcəyəm sən olmasanda !

Səni öz qəlbimdə yaşadacağam,
Sənin varlığını unudacağam,
Sevirəm, sevəcəm nece ki, sağam
Səni sevəcəyəm sən olmasanda !

Redakte etdi Ugurboceyi






