HASANLY

HASANLY İdman 27-03-2023, 11:50

De Byazi iki futbolçudan imtina etdi: Biri də zədəlidir

De Byazi iki futbolçudan imtina etdi: Biri də zədəlidir
Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində İsveçə qarşı II tur oyunu üçün “23-lüy”ü müəyyənləşib.

Far.Az xəbər verir ki, Canni De Byazi 25 nəfərlik heyətdən iki oyunçunun xidmətindən imtina edib. Bunlar “Sabah”ın futbolçuları Ceyhun Nuriyev və Tellur Mütəllimovdur. Nuriyev “Avstriya” ilə qarşılaşmada da iştirak ərizəsinə daxil edilməsə də, Mütəllimov həmin oyunu ehtiyat oyunçular skamyasından izləyib. Əvəzində baş məşqçi ötən matçda heyətə daxil etmədiyi Rüstəm Əhmədzadə (“Zirə”) və Azər Salahlını (“Neftçi”) bu dəfə sərəncamında görmək istəyib.

Qeyd edək ki, daha əvvəl Eddi İsrafilov zədə səbəbindən millinin düşərgəsini tərk edib.


Xatırladaq ki, bu gün Solnadakı “Friends Arena”da keçiriləcək İsveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
386 390 384 373 350 455

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.