Ulya

Ulya Şeirlər 29-07-2017, 15:26

Xatırla məni

Xatırla məni
Xatırla məni

Ürək unutmayıb, xəbərin olsun,
Dilim söyləsə də unutdum səni.
Sən məni unuda bilməmisənsə,
Bu göz yaşlarımla xatırla məni.


Mənimçün əlçatmaz olan xəyalsan,
Bir anlıq özün də xəyala dalsan,
Keçmişi düşünüb yadına salsan,
Bu göz yaşlarımla xatırla məni.


Sakitcə dayanıb qulaq asanda,
Ürək pıçıldayır, dilim susanda.
Unutsan eybi yox... Xatırlasan da
Bu göz yaşlarımla xatırla məni.


Qəm, kədər əlindən üzülüb axan,
Yanağdan qatar tək düzülüb axan,
Gözdən damla-damla süzülüb axan,
Bu göz yaşlarımla xatırla məni.


Eşitdim həyatdan çox incimisən,
"Unutmaq çətindir, çətin"- demisən?!
Unut gülüşümü, sevincimi, sən
Bu göz yaşlarımla xatırla məni.


Redaktə etdi: Lola

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
724 653 663 681 659 650

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.