Ulya

Ulya Şeirlər 29-07-2017, 22:30

Bir cavab söylə

Bir cavab söylə
Bir cavab söylə


Elə soyuqsan ki sanki özgəyəm
Elə bil sanki mən yoxam kölgəyəm
Bu nə dərddir bu nə ağır əzabdır
Məndədir suallar səndə cavabdır


Cavab ver ürəyin sevirmi məni
Yoxsa düşünürsən məndən özgəni
Cavab ver qəlbində yerini bilim
Adını ürəyimə yazım ya silim.


Gizlətmə hislərini qorxma çəkinmə
Qoy gözlər danışın razıyam dinmə
Gözlərinlə anlat mənə hislərini
Anlat ki duyum sevgi sənin izlərini

Amma sən diyanıb susursan yenə
Danış bir cavab de rəhm elə mənə
Susma axı böyükdür sənin təqsirin
Qəlbini oğurlamısan tənha şairin


Redaktə etdi Xaliq

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
545 492 517 465 506 503

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.