ice berg

ice berg Sevgi 29-03-2023, 02:08

Qınadım buna səbəb olan bütün insanları....

Qınadım buna səbəb olan bütün insanları....
- Bu qədər vaxt sonra onu gördüyümə inana bilmirəm.

• Necə hiss idi?

- Qəribə..ağrılı.

• Qəribə niyə? Sən ki tərk etməmişdin onu?
Özü getməyi seçmişdi.

- Birinin səndən getmiş olması onu unutmağı ya da ona nifrət etməyi asanlaşdırmır axı. Zamanla köhnəlir çox şey düzdü, amma belə təsadüflər yaranın qabıgını qaldırıb üstünə duz səpir sanki..Unutduğunu zənn etdiyin hərşey bir anda film kimi gözünün önündən keçir..

• O necə idi? Çox dəyişib?

- Çox..Əynində bir palto, başında qırmızı papaq. Papağın altından qumral saçlarını görə bildim biraz. Gözümə dəyən ağ telləri incitdi məni. Azca da çəkisi artıb. Gözəlliyindən heçnə itirməyib amma üzündə qəribə bir kədər var idi..

• Nə olmuşdu görəsən?

- Çox yaxın idik birbirimizə əslində. Amma cəsarət edə bilmədim qarşısına çıxmağa. Bəlkə də üzündəki həmin ifadə dayandırdı məni. Düşündüm öz özümə..Təəssüfləndim. Qınadım buna səbəb olan bütün insanları. Mənim baxmağa qıya bilmədiyim əmanətimi paramparça etmişdilər elə bil..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
481 570 467 518 575 480

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.