n2006

n2006 İslam Dini 1-04-2023, 21:00

Allaha inanın və şükür edin...

Allaha inanın və şükür edin...
Allaha inanın, O təkdir, hər şeyi haqqı ilə bilən və hər şeyi haqqı ilə Görəndir...

Bizim sahib olduqlarımız, əhəmiyyət vermədiyimiz, olmadır kimi qəbul etdiyimiz nemətlərə bilirsiniz nə qədər insanlar möhtacdır?

Yəqin, mənimlə razılaşarsınız, gündəlik həyatımızda çox haqsızlıqlarla, qəlb qırıqlığı ilə rastlaşırıq.
Doğrudur, qəlb qırmaq Kəbə yıxmağa bərabərdir...
Lakin insanlar istəsə haqsızlıq olmaz, inciyən könüllər barışar, küsməz, yəni hər şey düzələ bilər...

İndi isə şükür edək!Şükür, Əl-Bəsir (hər şeyi görən(haqq-nahaqq)),
gözlərim görür, normal açılıb-bağlanır...

Şükür, Mərhəmətli Yaradanım, ağzım-burnum yerindədir, kimsənin köməyi olmadan yeməyimi yeyib suyumu içirəm...

Şükür, Əs-Səmi (hər şeyi eşidən),mən hər səsi asanlıqla, heç bir problem olmadan eşidirəm...

Şükür, Əl Qədir (hər şeyə qüdrəti çatan), buynum rahat şəkildə irəli-geri, sağa-sola hərəkət edir...

Əl-Mütəkəbbir (məqamı uca tutulan),əl-ayağım, barmaqlarım normal şəkildə hərəkət edir...

Əl-Mənnən (bəndələrinə çox ehsan edən),bizi sevgindən məhrum etmə, bizi sevdiyin qullarının sırasına daxil et...

Əl-Ğəfur (günahları bağışlayan), bilirik, günahımız çoxdur, nə qədər şükür etsək azdır, Sən bağışlayansan, mərhəmətinə sığınırıq, bizi bağışla..

İndi düşünək, onların məhrum olduğu hərşey şükür Allaha, bizdə var...Allaha inanın və şükür edin...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
592 758 556 674 677 607

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.