ice berg

ice berg Sevgi 2-04-2023, 02:58

SarıLmaq istəYirƏm səNə

SarıLmaq istəYirƏm səNə
Sarılmaq istəyirəm sənə, İllərin həsrətlisi kimi..
Ürək döyüntülərindən ürək döyüntülərim eşidilməz olsun..
Öz canımdan can kimi.
Damarlarındakı qan damarlarımdakı qana hopmuş olsun...
Nəfəsim ağuşunda itgin düşsün..
Boğulum "sənlilikdə Dodaqlarım
dodaqlarında ərisin, bitsin...

Ömrüm ömründə itsin.
Sarılmaq istəyirəm sənə.
Dəli kimi, özləmlə..
Sarılmaq istəyirəm sənə, Son bir gün yaşayırmışcasına..
Buraxmadan, Qopmadan.
Sarılmaq, Sinəndə dərdlərimi qovmaq.
Sinəndə ümidlərimə qonmaq.
Sinəndə evimə dönmək..
Gözlərimdə həsrət,
Gözlərindən eşq dilənərək.
Susuz qəlbimə su çilə qəlbindən..
Sürgündəki birinə vətən verərcəsinə Sarıl mənə..
Son saatlarım belə olsa, Son mənzilim qoynun olsun.
Məzarım qolların olsun♥️

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
716 762 708 723 671 656

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.