Qayıt
Kim verib fələyin həsrət behini,
Dərd nuru qurutdu çiçək şehini,
Əsdir başım üstdə vüsal mehini,
Dağılsın çiskinim, dumanım qayıt.
Bəyaz dən şəvə tək telinə düşüb,
Ürəyim hicranın selinə düşüb,
Bir vaxtsız sevdanın fü`linə düşüb,
Məndən saf duyğular umanım, qayıt.
Məni bu aləmə məhəbbət bağlar,
Ah çəksəm dünyanın təməli laxlar,
Qəlbində tək mənim sevgimi saxlar,
Həyata gözünü yumanım, qayıt.
Dərd nuru qurutdu çiçək şehini,
Əsdir başım üstdə vüsal mehini,
Dağılsın çiskinim, dumanım qayıt.
Bəyaz dən şəvə tək telinə düşüb,
Ürəyim hicranın selinə düşüb,
Bir vaxtsız sevdanın fü`linə düşüb,
Məndən saf duyğular umanım, qayıt.
Məni bu aləmə məhəbbət bağlar,
Ah çəksəm dünyanın təməli laxlar,
Qəlbində tək mənim sevgimi saxlar,
Həyata gözünü yumanım, qayıt.







