Yeni stansiya hansı ərazidədir, nə vaxt istifadəyə verilir? -
Hazırda Bakı Metropoliteninin bənövşəyi xəttinin 4-cü stansiyası - şərti adı "B04" olan stansiyanın inşaat işləri davam edir. Stansiya Heydər Əliyev adına idman-konsert kompleksi ilə Mərkəzi Klinika arasında, Cəlil Məmmədquluzadə küçəsində yerləşir. Stansiyanın istifadəyə verilməsi 2025-ci il üçün gözlənilir, amma 2024-cü ilin sonuna qədər də yekunlaşa bilər. Hazırda fəal inşaat işi ancaq bu stansiyada aparılır”.






