ice berg

ice berg İdman 4-04-2023, 20:51

Boks üzrə dünya çempionuna iki illik cəza

Boks üzrə dünya çempionuna iki illik cəza
Böyük britaniyalı peşəkar boksçu Əmir Xan iki il müddətinə diskvalifikasiya edilib.

Buna onun dopinqdən istifadə edilməsi səbəb olub. 2022-ci ilin fevralında həmyerlisi Kell Bruka uduzduqdan sonra dünya çempionundan götürülən testin nəticəsinə əsasən, onun qanında qadağan olunmuş maddə aşkar edilib. Sanksiyanın müddəti keçən ilin aprelindən hesablanır.

Əmir Xan 2022-ci ilin mayında karyerasını başa vurub. 2004-cü il Yay Olimpiya Oyunlarının mükafatçısı həmin il gənclər arasında dünya çempionluğunu əldə edib. O, 2005-ci ildən peşəkar boksla məşğul olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
401 384 389 350 361 378

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.