sonsuz_sevgi

sonsuz_sevgi Sağlamlıq 6-04-2023, 11:00

Çürük dişləri necə sağaldaq?

Çürük dişləri necə sağaldaq?
Amerikalı alimlərin araşdırmalarına görə, dişlərin sağlamlığı ilə insan orqanizminin ən həssas orqanı hesab edilən ürəyin birbaşa əlaqəsi var.
Belə ki, ürək-damar xəstəliklərinin yaranması, inkişafı da məhz bununla əlaqəlidir.
LoadinG.az xəbər verir ki, ABŞ alimləri gün ərzində dişlərin 3 dəfə təmizlənməsini dəstəkləməsə də, diş əti və ağız boşluğunun müntəzəm olaraq həkim nəzarətində yoxlanılmasının insan sağlamlığı üçün önəmli olduğunu deyir.
Bunun ürək-damar xəstəliklərinə yol aça biləcək bir çox faktoru aradan qaldırdığı deyilir.
Damaq xəstəliklərinin ürək problemlərinə səbəb olması elmə məlumdur. Lakin insanlar bu iki patologiyanın əlaqəsinin səbəbini izah edə bilmirdi. Mütəxəssislərin son araşdırması zamanı isə məlum olub ki, bu halda əsas "günahkarlar" ağız boşluğunda yaşayan streptokok bakteriyalardır. Damaq xəstəliklərinin yaranmasına səbəb olan mikroorqanizmlər damaqdan qana keçir. Qana keçən mikro orqanizmlər qanda xüsusi zülal əmələ gətirir ki, bu da trombositlərin yapışmasına (laxtalanmaya) səbəb olur. Məhz bu üsulla bakteriyalar özünün müdafiəsini təmin edir. Lakin bakteriyalar ətrafında müdafiə səddi yaradan trombositlər immun sistemini qorumağa çalışır. Zülal isə trombositlərin yapışqanlığını artırır və bununla da ürək xəstəlikləri inkişaf edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
394 400 323 355 363 380

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.