ice berg

ice berg Məsləhətlər 5-04-2023, 23:32

Gül buketlərinizi belə saxlasanız, gec solacaq

Gül buketlərinizi belə saxlasanız, gec solacaq
Çiçəklərin güldanda daha uzun müddət canlı qalmaları üçün nələr etməliyik?

LoaDinG.aZ çiçəklərin uzun müddət qalması üçün bilməli olduğunuz bəzi məqamları sizə təqdim edir:

Sirkə

Çiçəklərinizi güldana qoymazdan əvvəl suyun içərisinə 2 xörək qaşığı sirkə və 2 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırın. Bununla da çiçəkləriniz daha uzun müddət canlı qalacaq.

Limonad

Limonad şüşələrinin dibində qalan hissəsini tökməyin, güldandakı suyunuza əlavə edin və qarışdırın. İçərisindəki şəkər çiçəklərin daha canlı qalmasını təmin edəcək.

Aspirin

Çiçəklərinizi güldanda daha uzun müddət canlı tuta bilmək üçün aspirini əzib suyun içərisinə əlavə edin və qarışdırın. Bu qədər asandır, beləcə çiçəkləriniz daha uzunömürlü olacaq.

Uzun müddət canlı qalmalarını istəyirsinizsə, güldandakı suyu hər gün dəyişdirin və soyuq olmasına diqqət edin. Vazı ağızına qədər suyla doldurmayın, kiçik buketlərə 2 stəkan su yetərlidir. Suyun çox olması yarpaqların yumşalmasına səbəb olar və soldurar.

Güldanı birbaşa günəş işığında, ya da küləkdən uzaq tutun. Çiçəklərin budaqlarını iki gündən bir iki santimetr kəsib çarpaz kəsiklər atın, suyu daha da içinə çəkəcəkdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
435 442 473 407 446 430

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.