ice berg

ice berg Müxtəlif 6-04-2023, 23:55

Ölüb, yox olmaq lazım gəlirmiş demək ki, bəzən

Ölüb, yox olmaq lazım gəlirmiş demək ki, bəzən
Gözlərinin kənarına sürüklənmiş halda tapdım özümü. Bilirsən sən gözlərinin dənizində qəlbimə ağırlıq bağlayıb intihar edəli çox oldu. Bu gün gözlərinin sahilinə vurub cəsədim. Kipriklərinə neçə dəfə tutunmağa çalışmış olsam da, zindanıma dəmir barmaqlıqlar oldular hər dəfəsində. Kimi zaman gəmi oldum, kimi zaman kapitan. Heç cürə könlünün sahilinə yanaşa bilmədim. Ölüb, yox olmaq lazım gəlirmiş demək ki, bəzən. Axtarmaq ilə tapılmadı heçbirşey. Savaşmaq ilə qazanılmadı heç bir mübarizə. İtirən mən oldum..hər yanım yara..Qumdan ümidlərim ilk dalğada əriyib dənizə qarışdı.. Olmadı sanki..Böyümək diz qapaqlarımda ki uşaqlıq yaralarının ötəsinə keçdi. Nə axtarmaqdan vazkeçdim, nə dəfələrlə ölməkdən.
Bəzən nəsibini axtaram qağayı, bəzən isə qağayıya nəsib olan balıq oldum..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
583 531 487 422 486 479

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.