KiBirLi_PrenS.

KiBirLi_PrenS. İslam Dini 7-04-2023, 13:00

Quran Kərim İmam Səccadın (ə.s) çətinlik və bəla zamanı etdiyi dua

Quran Kərim İmam Səccadın (ə.s) çətinlik və bəla zamanı etdiyi dua
İlahi! Mənə bir bəla düçar olmuş ki, onun çətinliyi və ağırlığı məni əldən salmış, elə bir çətinliklər mənə üz vermiş ki, onlara dözmək mənə ağır olmuşdur, onu Sən öz qüdrətinlə mənə rücah etmisən;

İlahi! Sənin rücah etdiyini kimsə geri apara bilməz. Sənin göndərdiyini geri qaytara bilməz. Sənin açdığın bir şeyi kimsə bağlaya bilməz. Sənin bağladığın bir şeyi kimsə aça bilməz. Sənin çətinləşdirdiyin bir şeyi kimsə asan edə bilməz. Sənin zəlil etdiyin kimsəyə bir yardımçı olmaz, belə isə Muhəmməd və onun soyuna salavat göndər, və öz rəhmətinlə, ey mənim Rəbbim, rahatlıq qapısını üzümə aç. Öz qüdrətinlə həyat meydanında qəm sultanının hökmünü sındır, istədiyim şeydə məni öz mərhəmətinlə kamala çatdır, istədiyimə icabətin şirinliyini daddır. Öz tərəfindən mənə könül oxşayan bir icabət nəsib et, mənim üçün bəlalardan tezliklə bir nicat qərar ver, qəmə düşməyimlə məni öz vacibat müstəhəb-batından saxlama, çünki mən başıma gələn hadisənin ucbatından taqətsiz olmuşam.

Qəlbim həyatında baş verən bu bəladan qəm-qüssə ilə dolmuşdur və Sən düşdüyüm bu bəlanı aradan aparmağa qadirsən, belə isə öz qüdrətini mənim barəmdə işə sal, hərçənd Sənin tərəfindən buna layiq deyiləm. Ey böyük ərşin Pərvərdigarı!”

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
543 603 493 564 488 511

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.