n2006

n2006 Xəbərlər 7-04-2023, 15:49

İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub

İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanında qaydaları pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.

Bu barədə LoaDinG.Az`a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu imtahanlarda iştirakı nəzərdə tutulan 50498 nəfərdən 476 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında ən yüksək nəticəni 296.7 bal toplayan Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi göstərib. Məlumat üçün qeyd edək ki, həmin şagird 2 il əvvəl də 9-cu sinif buraxılış imtahanında 282.6 bal toplamaqla yüksək nəticə göstərib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
398 352 397 369 356 325

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.