KiBirLi_PrenS.

KiBirLi_PrenS. Məsləhətlər 9-04-2023, 18:00

Xorultudan xilas olmaq üçün sadə üsullar

Xorultudan xilas olmaq üçün sadə üsullar


Böyük Britaniyadan olan cərrah Karana Raca xorultudan xilas olmaq üçün sadə üsullar təklif edib.

Həkimin sözlərinə görə, xoruldama yuxu zamanı rahatlaşan dil, boğaz və tənəffüs yollarının titrəməsi səbəbindən baş verir. Bədənin bu hissələrinin əzələlərini gücləndirmək üçün sadə gimnastika xoruldama ilə mübarizədə kömək edir. Onlardan biri dili müxtəlif formalarda hərəkət etdirməkdir.

Həkim tövsiyə edir ki, xoruldayan şəxslər dilini çıxartmalı və beş saniyə bu vəziyyətdə saxlamılıdır. Ən yaxşı nəticə üçün üzünüzün qabağına bir qaşıq qoyub dilinizi üzərinə basa bilərsiniz. Başqa bir sadə məşq dili sağdan sola hərəkət etdirməkdir. Qırtlağın əzələlərini gücləndirmək üçün Raca ağzını açmağı, dili damağa basmağı və beş saniyə ərzində bu vəziyyətdə dondurmağı təklif etdi. Hər məşq üç-dörd dəfə aparılmalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
462 391 402 386 382 406

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.