HASANLY

HASANLY İdman 10-04-2023, 13:16

Dünya reytinqi: “Qarabağ” postsovet məkanında 1-cidir

Dünya reytinqi: “Qarabağ” postsovet məkanında 1-cidir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinq cədvəlini açıqlayıb.

Qurumun rəsmi saytının yaydığı məlumata görə, 306 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” yer alıb.

“Atlılar” 149 xalla 62-ci pillədə qərarlaşıblar. Ağdam klubu Avropa təmsilçiləri arasında 39-cu, postsovet məkanında 1-cidir. “Qarabağ” reytinq cədvəlində “Atletiko”, “Fənərbağça”, “Qalatasaray”, “Latsio” kimi klubları qabaqlayır.
İlk üçlükdə müvafiq olaraq “Flamenqo” (Braziliya - 327 xal), “Real Madrid” (İspaniya - 298) və “Mançester Siti” (İngiltərə - 254) qərarlaşıblar.

Mənbə: iffhs.com

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
381 405 398 350 369 368

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.