ice berg

ice berg Xəbərlər 11-04-2023, 18:01

Dörd yaşlı uşağı öldürüb quyuya atan şəxsə 11 il cəza verilib

Dörd yaşlı uşağı öldürüb quyuya atan şəxsə 11 il cəza verilib
Bakıda 4 yaşlı uşağı öldürüb quyuya atmaqda ittiham olunan Mehman Mansurovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

LoaDinG.aZ apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Mehman Mansurov 11 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
4 yaşlı M. Hüseynlinin qonşusu, 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü, daha sonra quyuya atıldığı iddia edilir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


Dörd yaşlı uşağı öldürüb quyuya atan şəxsə 11 il cəza verilib

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
340 381 315 313 355 344

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.