reklam
Nаmaza Doğru Nаmaza Doğru https://sun.az/uploads/posts/2023-04/medium/1681309900_bac107362028b297e2935e78ba1635ef.jpg
n2006

n2006 İslam Dini 12-04-2023, 22:00

Nаmaza Doğru

Nаmaza Doğru
Allahım Səni Çox Sevirəm
Dedim:Çox tənhayam.
Dedin: Mən ki sənə çox yaxınam. (Bəqərə,186)
Dedim:Bəli bilirəm SƏN mənə yaxınsan, amma mən SƏNDƏN uzağam, kaş ki mən də SƏNƏ yaxın ola bilsə idim.
Dedin: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində RƏBBİNİ yad et. (Əraf, 205)
Dedim: Bu da SƏNİN köməyini istəyər.
Dedin:ALLAHIN sizi bağışlamasını istəməzsinizmi? (Nur, 22)
Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.
Dedin:(Elə isə) RƏBBİNİZDƏN bağışlanmağınızı diləyin və ONA tövbə edin. Həqiqətən, RƏBBİM (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! (Hud, 90)
Dedim:Çox günahkaram, bu qədər günahla mən nə edim?
Dedin:Məgər onlar bilmirlər ki, ALLAH qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar. Və ALLAH tövbələri qəbul edəndir, rəhmlidir?! (Tövbə, 104)
Dedim:Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm qalmadı.
Dedin: Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (ALLAHDANDIR)! Ondan başqa heç bir tanrı yoxdur. (Ğafir, 3)
Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!
Dedin:ALLAH bütün günahları bağışlayandır. (Zumər, 53)
Dedim: Yəni yenə gəlsəm, yenə məni bağışlayarsanmı?
Dedin: Axı günahları ALLAHDAN başqa kim bağışlaya bilər? (Ali-İmran, 135)
Dedim: Nə qədər gözəlsən ALLAHIM! Bilmirəm bu sözlərin qarşısında nə üçün içim-içimə sığmır və şam kimi yanmağa başlayıram, Səni çox sevirəm.
Dedin: Şübhəsiz ki, ALLAH tövbə edənləri və təmizlənənləri sevir.
Birdən:“İLAHIM və RƏBBİM, mənim SƏNDƏN başqa kimim var”, -dedim.
Sən də: “ALLAH ÖZ bəndəsinə kifayət deyilmi?” (Zumər, 36) dedin.
Dedim: SƏN ki məni bu qədər çox sevirsən və mənə qarşı bu qədər həlimsən mən nə edə bilərəm?
Dedin:Ey iman gətirənlər! ALLAHI çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh, günorta, ikindi, axşam və gecə namazlarını qılın!). Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər!). ALLAH möminlərə rəhm edəndir! (Əhzab, 41-43)
Öz-özümə dedim: ALLAHIM, SƏNİ çox sevirəm.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
172 182 191 237 194 178

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.