KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 15-04-2023, 11:30

Qanunsuz balıq ovlayanlar saxlanıldı

Qanunsuz balıq ovlayanlar saxlanıldı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri, Xaçmaz rayonu akvatoriyasında, Mingəçevir su anbarında və Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Bakı şəhər sakinləri Məmmədağa Ağayev, Rahim Osmanov, Mingəçevir şəhər sakini Araz Qədirov, Xaçmaz rayon sakini Ələkbər Qasımov, Zərdab rayon sakini Elnur Süleymanov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
397 449 315 403 398 421

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.